Ələt-Astara avtomobil yolunda qəza olub, xəsarət alanlar var

HADİSƏ 30 mar 2023, 21:56
Ələt-Astara avtomobil yolunda qəza olub, xəsarət alanlar var.

“Report” xəbər verir ki, hadisə yolun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, “Nissan” markalı minik avtomobilinin maneəyə çırpılması nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top