“Kontakt Home”un baş ofisinə oğru necə daxil olub?

HADİSƏ 30 mar 2023, 11:52
Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 2-4 aralığında yerləşən "Kontakt Home” mağazalar şəbəkəsinin baş ofisində vəzifəli şəxslərin notebooklarını oğurlayan şəxsə hökm oxunub. 

Demokrat.az
-ın məlumatına görə, 1986-cı il təvəllüdlü Sənan (şərti) uzun müddət işsiz olduğu üçün 2022-ci ilin yanvar ayının sonlarında Naxçıvandan işləmək ümün Bakı şəhərinə gəlib. 

O, paytaxtda müxtəlif yerlərdə saat hesabı fəhlə kimi çalışaraq, Xutor qəsəbəsində günlük kirayə verilən evlərdə qalıb. Sonradan işsiz qaldığı üçün oğurluq etmək qərarına gəlib. 

Buna görə də 10 noyabr 2022-ci il tarixdə saat 23:20 radələrində "Kontakt Home" mağazalar şəbəkəsinin baş ofisi kimi bildiyi binaya daxil olmaq məqsədi ilə həmin binanın yanında yerləşən yarimtikiliyə daxil olub. Bir qədər orada gəzişdikdən sonra yarımtikilinin 6-cı mərtbəsinə qalxaraq ordan "Kontakt Home” mağazalar şəbəkəsinin binasına keçib.

Sənan baş ofisin 5-ci mərtəbəsində yerləşən hüquq şöbəsinin 3 otağından mağazanın vəzifəli şəxslərinə məxsus 5 ədəd notebook (2 ədəd "Lenova” (hər birinin dəyəri 849.99 manat), 1 ədəd "Lenova İdeapad” (999.99 manat), 1 ədəd "Lenova İdeapad 3 15İTL6” (1499.99 manat), 1 ədəd HP 250 G8 (27K14EA, 1099.99 manat) və bir "Nokia" markalı telefon oğurlayıb. 

Sənan oğurladığı məhsulları satıb pula çevirdikdən sonra mərc oyunlarında uduzub. 

O, bundan sonra "Kontakt Home” mağazalar şəbəkəsinin binasının yaxınlığında yerləşən "Nur” uşaq bağçasından oğurluq edib. Bağçanın müdürünə məxsus masanın üzərində notebooku və çəkməcədən 460 manat pulu götürüb. Sənan həmçinin bağçadan hər birinin dəyəri 700  manat olan 2 ədəd "LG” markalı televizor oğurlayıb.

Məhkəmənin qərarı ilə Sənan Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib və 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. 

Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilib və məhkəmə zalından buraxılıb.(Qaynarinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top