Ağdaşda "Açıq mikrofon" aksiyası keçirildi — FOTO

SOSİAL 29 mar 2023, 19:15

Ağdaşda keçirilən "Açıq mikrofon" aksiyasında 8 müraciət ünvanlanıb.

"Açıq mikrofon" aksiyası Ağdaş rayonunda fəaliyyət göstərən sahibkarların ixtiyarına verilib. Tədbirə sahibkarlardan çox sakinlər qatılıb. Sahibkar kimi yalnız Hidayət Məcidlinin müraciəti qeydə alınıb. Onun üzləşdiyi çətinlik isə qaz təchizatında bəzi hallarda yaşanan fasilələrlə bağlı olub. Sonra mikrofon sakinlərin ixtiyarına verilib. Rayonun Yeniarx kəndindən qatılan 7 sakin 16 fərdi yaşayış evinin mavi yanacaqla təchiz olunmasını istəyib. Hər bir müraciət aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alınıb.





SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top