Elman Nəsirov: "Hərbi xidmətdə olmuşam və silahdan istifadəni bacarıram"

GÜNDƏM 29 mar 2023, 17:25
"Həmkarım Fazil Mustafaya qarşı törədilmiş sui-qəsd öz mahiyyəti etibarilə terror aktıdır, siyasi motivlidir". 

Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. 

Millət vəkili bildirib ki, burada selektiv yanaşma var:

"Terrorçular adətən o insanları hədəfə alırlar ki, onlar dövlət və ictimai xadim olsun. Onların qətlə yetirilməsi və ya buna cəhd cəmiyyətdə böyük ictimai, siyasi rezonans versin. Bu baxımdan burada selektiv yanaşma var. Yəqin ki, bu terror aktının konkret təşkilatçısı, sifarişçiləri və icraçıları var, onlar dəqiqləşdirilməlidir. Bizim müvafiq dövlət qurumlarımız, hüquq mühafizə orqanlarımız, Dövlət Təhlükəsizliyi Xidməti bu istiqamətdə çox ciddi istintaq tədbirləri həyata keçir. Tezliklə cinayətkarların tapılıb ağır cəzalandırılacağına biz əminik. 

Heç şübhəsiz ki, millət vəkilinə qarşı olmuş bu terror aktı deputatların silah gəzdirməsi kimi məsələni kifayət qədər aktuallaşdırıb. Əvvəla, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanunda deputatların silah gəzdirilməsinə icazə verilir. Ancaq praktikada isə deputatların silah gəzdirməsi halına rast gəlinməyib. Bunun da bir sadə izahı olub ki, deputat xalqın seçdiyi şəxsdir, o, kimdən özünü qoruyur, niyə görə silah gəzməlidir və s. bu kimi yanaşmalar olub. Amma hesab edirəm ki,  millət vəkilinə qarşı bu terror aktı bu məsələni kifayət qədər aktuallaşdırdı. Bu cinayətin üstü açıldıqdan sonra onun arxasında konkret terrorçu durub və yaxud da konkret bir dövlət aldığı məsələlər, yəni cinayətin miqyası ilə bağlı təşkilatçılıq və icraçılıq nöqteyi nəzərin miqyası ilə bağlı məsələlərə aydınlıq gəldikdən sonra deputatlara silah verilməsi ilə bağlı məsələ öz həllini bu və ya digər istiqamətdə tapa bilər. Yəni ya silah verdilər, ya da ki, yenə də əvvəlki qayda qüvvəsində qalmış olar. Cinayətin  arxasında dayananların miqyasından, onların güddüyü məqsədlərdən asılı olaraq bu kimi qərar qəbul edilə bilər. 

O ki qaldı silahdan istifadə etmək məsələsinə, hesab edirəm ki, kimlər hərbi xidmətdə olub, onlar hamısı silahdan istifadə etməyi bacarırlar. Mən də hərbi xidmətdə olmuşam və silahdan istifadəni bacarıram".


Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top