Bilgəhdəki 9 milyonluq villanı alan adamın məxfiliyi qorunacaq

MARAQLI 29 mar 2023, 15:11
Bakıda bağ evi fantastik qiymətə satışa çıxarılıb.

Bilgəhdə yerləşən villa 100 sot torpağın içində tikilib, 1600 kv/m sahəsi olan mülk 2 mərtəbədən ibarətdir.

Villanın qiyməti 9 milyon manatdır.

İqamətgah eksklüziv mebellər, çilçıraqlar, rəsm əsərləri ilə tam təchiz olunub.

Evin qapalı hovuzu, saunası da var.

Həyətində dekorativ ağaclar və meyvə ağacları var. Bağın Bilgəhdə hökumət bağları və villaların arasında yerləşdiyi qeyd olunur.

Satıcı bağı alacaq olan şəxsin məxfiliyini tam qoruyacağını bildirir. (yenisabah)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top