"Sədərək"də dava: 39 yaşlı qadın DÖYÜLDÜ

HADİSƏ 29 mar 2023, 13:59
Sədərək Ticarət Mərkəzində dava olub. 

Demokrat.az
-ın məlumatına görə, bir qrup şəxs arasında baş verən davada 39 yaşlı Zülfiyyə Rəhimova döyülüb.

Onu döyən şəxsin Aqil adlı bir kişi olduğu bildirilir. Hadisə ilə bağlı Qaradağ rayon Polis İdarəsinə məlumat verilib.

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirir. (lent.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top