Qazi və şəhid ailələrinin dərmanlarla pulsuz təmini təklif edilib

GÜNDƏM 29 mar 2023, 12:48
Dərman vasitələrinin ölkəyə gətirilməsi asanlaşdırılmalıdır. Ölkədə bir çox dərman preparatlarının çatışmazlığı var.

Demokrat.az
-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

O qeyd edib ki, bəzi dərman vasitələrini əldə etmək çətindir, bəzən isə dərman vasitələrinin keyfiyyəti ilə bağlı şikayətlər olunur.

“Dərman vasitələrinin qiymətləri ilə bağlı da şikayətlər var. Biz TƏBİB-lə danışmalıyıq, bəlkə qazi və şəhid ailələri dərmanlarla pulsuz təmin edilsinlər. İcbari Tibbi Sığorta Fondunun imkanları genişlənir. Bəlkə qazilər, əlillər, təqaüddə olan insanlar üçün tədricən dərman vasitələri pulsuz təmin edilsin”, - deyə o əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top