Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində aviamərmi partlayıb.
Ermənistan KİV-nə istinadən xəbər verir ki, partlayış nəticəsində 34 yaşlı Ararat Sarkisyan yaralanıb. İnsident səhər saatlarında Sarkisyan bostanda işləyərkən baş verib. Yaralı xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağırdır.
Hadisənin detalları bilinmir.