Ərdoğan: "Bəzi ölkələr Türkiyə ilə hesablaşmalarını hələ də bitirə bilməyib"

REGİON 29 mar 2023, 00:26
Bəzi cəmiyyət və ölkələr Türkiyə ilə hesablaşmalarını hələ də bitirə bilməyib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada əsgərlərlə birgə iftar süfrəsində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə bu gün cənub sərhədlərində hərəkatlar icra edərək, terrorçuları məhv edir.

Ərdoğan əlavə edib ki, Türkiyəyə qarşı mübarizə aparan tərəflər artıq terror təşkilatlarından istifadə, siyasi və ictimai xaos yaratmaq cəhdi və iqtisadi tələlər kimi üsullardan istifadə etməyə çalışır.

Onun sözlərinə görə, Türkiyə bütün təhdidləri mənbəyində yox edəcək gücə sahibdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top