Bakıda gözlənilmədən sökülən piyada keçidinin məsuliyyətini hansı qurum daşıyacaq? — Böyük vəsait xərclənmişdi...

İNFRASTRUKTUR 28 mar 2023, 15:41
Xəbər verdiyimiz kimi, ötən gün Bakının Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində tikilən keçid gözlənilmədən sökülüb. Bu keçidin inşasına milyona yaxın vəsait xərclənmişdi.  

Mövzu ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Demokrat.az-a açıqlamasında bildirib ki, yerüstü keçidin sökülməsi heç də təəccüblü deyil:

"Çünki artıq biz Bakı sakini olaraq belə eksprementlərə öyrəşmişik. Bakı şəhərinin yollarının sağdan-soldan daraldılması, səkilərin zəbt edilməsi, səkilər üzərində velosiped yollarının çəkilməsi, avtomobil yollarının ortasında eni 2 metr olan panellərin düzülməsi bizdə artıq təəccüb doğurmur. Yəni Bakı şəhərində bu gün elə bir vəziyyət yaranıb ki, nə piyada, nə avtomobil, nə də ictimai nəqliyyatda hərəkət etmək mümkündür. 

Həmin yerüstü piyada keçidinin də sökülməsi onu göstərir ki, müəyyən qurumlar arasında bir növ rəqabət, narazılıqlar var. Bu səbəbdən də yerüstü keçid yenidən sökülür".



Ekspertin sözlərinə görə, Bakı şəhərində piyadaların hərəkəti qədər təhlükəlidir:

"Bu səbəbdən də piyadalar üçün müəyyən şərait yaradılmalıdır və piyada keçidlərinin olması da labüddür. Həm eyni səviyyəli piyada keçidləri, həm yeraltı və yerüstü piyada keçidlərinin olmasına ehtiyac var. Hər yolun şəraitini və infrastrukturuna görə, piyada və avtomobil axınına görə orada keçid optimallaşdırılmalıdır, gələcəyə hesablanmalıdır. Orada yeraltı, yerüstü keçidin olması məsləhətdir, yoxsa eyni səviyyəli. 

Təəssüf bu gün biz müşahidə edirik ki, piyada keçidlərində bəzən sadəcə keçid olsun deyə çəkilir, bunun da sonu bax belə məsələ ilə nəticələnir. Tikilir, sonra isə sökülür. Belə olmaması üçün əvvəlcədən bir planlanma aparılmalıdır ki, sonra belə fəsadlar olmasın. Yerüstü keçidə ehtiyac yoxdur demək, qeyri-peşəkar səslənir. Hər yerdə yerüstü keçidləri görmüşük. Azərbaycanda bu uğurla tətbiq oluna bilmirsə, bu artıq vətəndaşların problemi deyil".


Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top