“Yaxın aylarda Ermənistanla Azərbaycan arasında müharibə təhlükəsi realdır”.
Demokrat.az xəbər verir ki, bu barədə NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen danışıb. O bildirib ki, Ermənistanla Azərbaycan arasında müharibə təhlükəsi yaxın aylarda realdır.
“Rusiyanın kömək edə bilməməsi və ya istəməməsi səbəbindən Aİ Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasında daha mühüm rolu öz üzərinə götürməlidir.
Bütün diqqətimiz haqlı olaraq Rusiyanın Ukraynadakı müharibəsinə yönəlib. Lakin bu, Avropanın astanasında yaranan başqa bir böhranı görməməzlikdən gəlmək üçün səbəb deyil”, – deyə Rasmussen bildirib.(Konkret.az)