Əfqanıstanda baş verən güclü zəlzələ Daşkənddə də hiss edilib — Sakinlər küçəyə qaçıblar

DÜNYA 21 mar 2023, 22:24
Əfqanıstanda baş verən gücülü zəlzələ Daşkənd və Özbəkistanın digər bölgələrində də hiss edilib.

BAKU.WS xəbər verir ki, təbii fəlakət zamanı Daşkənddəki bəzi sakinlər və ticarət mərkəzlərinə gələn qonaqlar küçəyə qaçıblar.

Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Predikativ Monitorinq Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Əfqanıstanda olub. Onun maqnitudası 6,6, dərinliyi isə 220 km olub.

Qeyd edilir ki, yeraltı təkanlar Özbəkistandan başqa Qazaxıstanda, Pakistanda, Türkmənistanda, Qırğızıstanda, Hindistanda və Çində də hiss edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top