Bakıda yeniyetmə qıza əxlaqsızlıq edildi — Cinayət işi başlandı

KRİMİNAL 20 mar 2023, 13:45
Bakının Nizami rayonunda yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsızlıq hərəkətlər etməkdə ittiham olunan şəxsə cinayət işi açılıb. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, bu, paytaxt sakini Hacıraza Məlikovdur. 

Onun barəsində Cinayət Məcəlləsinin 153.1-ci (On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə ibtidai istintaq başa çatıb və iş baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Mətanət Hacıyevin icraatına verilib. 

Məhkəmənin hazırlıq iclası martın 29-na təyin edilib. 

Qeyd edək ki, Cinayət Məcəlləsininn153.1-ci maddəsi ilə ittiham olunan şəxsin əməli məhkəmə tərəfindən sübuta yetirilsə, həmin şəxsi üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza gözləyir.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top