AZAL öz sərnişinlərinə Novruz bayramı münasibətilə endirim hədiyyə edir

İNFRASTRUKTUR 19 mar 2023, 21:24
“Azərbaycan Hava Yolları” aviaşirkəti martın 20 və 21-də Novruz bayramı münasibətilə bir sıra məşhur istiqamətlərə 20% güzəşt təklif edir.

Bu barədə Demokrat.az-a aviaşirkətdən bildirilib.

Təklif 28 mart - 20 aprel 2023-cü il tarixləri arasında həyata keçiriləcək gediş-gəliş reyslərinə şamil edilir.

AZAL-ın 10-dan çox məşhur marşrutu üzrə güzəştli aviabiletlər əldə etmək mümkündür. İstiqamətlər arasında: Milan, London, Praqa, Berlin, Dubay, İstanbul, Antalya, Moskva (“Domodedovo” və “Vnukovo” hava limanları), Sankt-Peterburq, Novosibirsk, Yekaterinburq, Astana və Almatı.

Bu uçuşlara aviabiletləri [email protected] elektron poçtu vasitəsilə çağrı mərkəzinə müraciət edərək, o cümlədən kassalarda və ya aviaşirkətin akkreditə olunmuş agentliklərində əldə etmək mümkündür.

“Azərbaycan Hava Yolları” qarşıdan gələn Novruz bayramı münasibətilə bütün sərnişinləri təbrik edir, sevinc və parlaq anlarla dolu səyahətlər arzulayır!//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top