Ukrayna prezidenti Volodimr Zelenski Slovakiyanın Baş naziri Eduard Heger ilə telefon danışığında Ukrayna üçün edilən yardıma görə təşəkkür edib.
Demokrat.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı bu barədə "Twitter"də bildirib.
"Brüssel razılaşmalarımız işləyir! MİG-29 təyyarələri də daxil olmaqla, güclü hava müdafiə paketi üçün Slovakiya baş naziri Eduard Hegerə təşəkkür etdim. Ukraynanı dəstəkləməkdə onun şəxsi roluna görə minnətdaram. Mən səbirsizliklə Kiyevdə dialoqumuzu davam etdirməyi gözləyirəm", - Zelenski qeyd edib.
Qeyd edək ki, Slovakiya hökuməti Ukraynaya 13 ədəd MİG-29 döyüş təyyarəsinin göndərilməsi barədə razılıq əldə etmişdi.
Leyla
Demokrat.az