Şirvan ŞİH-dən tibb işçilərinin küçə təmizlədilməsinə reaksiya: “Könüllü olub, məcburiyyətdən söhbət gedə bilməz...”

GÜNDƏM 13 mart 2023, 12:31
Şirvan Şəhər İcra Hakimiyyəti (ŞİH) tibb işçilərinə küçədəki tullantıları təmizlətməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
 
Şirvan ŞİH-dən Demokrat.az-a daxil olan məlumatda deyilir:

“11 mart 2023-cü il tarixdə elimizin adət-ənənələrinə uyğun olaraq, bahar fəslini “Təmiz Şirvan”la qarşılamaq məqsədi ilə Şirvan şəhər ərazisində ümumşəhər iməcliyi təşkil olunub. İməcilikdə xidmət təşkilatlarının əməkdaşları ilə yanaşı, şəhərin digər idarə və müəssisələrinin nümayəndələri də yüksək fəallıq nümayiş etdiriblər.  Hər bir müəssisənin əməkdaşları həmin müəssisənin xidməti ərazisinin təmizlənməsində iştirak edib. İməclik Novruz bayramına hazırlıqla əlaqədar sakinlərin könüllü iştirakı ilə keçirilib. Ona görə də heç bir məcburiyyətdən söhbət gedə bilməz. 

Ümumşəhər iməcliyi barədə 11 mart 2023-cü il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin rəsmi səhifəsində məlumat paylaşılıb. İnternet saytlarından əsassız, böhtan xarakterli məlumatların paylaşılmaması xahiş olunur”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top