Bakının Xəzər rayonunda 1992-ci il təvəllüdlü Eldar ailə münaqişəsi zəminində həyat yoldaşı Xumara (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 18 sentyabr 2022-ci ildə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində baş verib.
Eldar yaşadığı evin həyətində arvadı ilə aralarında ailə məişət münasibətlərinin pozulması zəminində yaranmış mübahisə zamanı onun başına və bədəninin müxtəlif nahiyələrinə yumruqla vurub.
İstintaq orqanı tərəfindən Eldarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Eldar elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Xumar ilə 3 il olar ailə qurub və birgə nikahdan bir azyaşlı uşaqları var: “Xumarın ailə üzvləri ailəmə dəfələrlə müdaxilələr etdiyindən aramızda mütəmadi olaraq sözlə mübahisələrimiz olub. Sentyabrın 18-də atamla həyətdə iş görən zaman Xumar atasının onu çağırdığını bildirdi. Onu atası evinə aparmağımı bildirdi. Xumara həyətdə iş gördüyümü bildirdiyim üçün Xumar qardaşının onu aparacağını dedi. Bu sözdən sonra Xumara cavab vermədim. Lakin Xumar heç bir səbəb olmadan mübahisə yaratdı və uca səslə hay-küy saldı. Xumarın səs-küy salmasına irad bildirdi. Onu evə aparmaq üçün qolundan tutdum. Lakın Xumar evə keçməmək üçün yerə oturdu. Guya ürəyi getdi və yerə uzandı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt azyaşlı övladı Xumarın qucağında olub: “Mübahsiə zamanı atam qızının hərəkətləri barədə məlumat vermək üçün qaynatam vəliyə zəng vursa da, Vəli telefona cavab vermədi. Sonradan Vəli və ailə üzvləri yaşadığımız ünvana gələrək səs-küy saldılar, atam ilə münaqişə yaratdılar”.
Cinayət işi üzrə zərərçəkmiş Xumarın sözlərinə görə, Eldar ilə ailə qurduqdan sonra aralarında mütəmadi olaraq münaqişələr baş verib: “Münaqişələr zaman Eldar dəfələrlə məni döyərək xəsarətlər yetirsə də, ailəmin dağılmaması üçün polisə məlumat verməmişəm. Sentyabrın 18-də, saat 11 radələrində atam mənə zəng edərək Eldar icazə verirsə, məni gələrək aparmaq istətidiyini dedi. Həmin vaxt Eldar həyətdə işlədiyindən ondan icazə istədim. Eldar isə bildirdi ki, onun atasınnın sifarişlərindən bezib. Həmin vaxt qaynanam atamın ailəmizə müdaxilə etdiyini deyərək irad bildirdi və bununla bağlı mübahisə yarandı”.
Zərərçəkmiş qeyd edib ki, həmin vaxt qaynanasına ailəsinə müdaxilə etməməsini deyib: “Lakin qaynanam məni təhqir etdi, evdən qovdu. Eldar isə qaynanama cavab qaytardığıma görə, məni döyməyə başladı. Həmin vaxt həyətə çıxaraq qaçmaq istədim. Amma Eldar başıma və bədənimin müxtəlif yerlərinə vurduğundan huşumu itirərək yerə yıxıldım. Bir qədər sonra özümə gəldim. Su istəyəndə Eldar və qaynanam mənə su vermədilər. Bir qədər sonra atam gəldi və bir qədər onlarla atam arasında mübahisə oldu. Sonra atam ilə çıxaraq getdi. Xəsarət aldığıma görə həmin günü məhkəmə-tibb ekspertizası müayinəsindən keçdim”.
Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb.
Məhkəmə zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Eldarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az