Qəbələ rayonunda sərxoş kişi arvadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Qəbələ rayon sakini, 1987-ci il təvəllüdlü Tehran yaşadığı evdə həyat yoldaşı Məleykəni döyüb.
İş üzrə izahat verən Tehran bildirib ki, Məleykə ilə 2015-ci il tarixdə evlənib, iki azyaşlı övladları var: “Məlum hadisə günü, səhər saatlarında evdə spirtli içki qəbul etdim və yatdım. Günorta saatlarında Məleykə məni yuxudan qaldıraraq dur yemək ye dedi. Sərxoş olduğum üçün arvadımın məni yuxudan qaldırdığına görə əsəbiləşdim. Onu nalayiq ifadə ilə təhqir etdim. Aramızda sözlü mübahisə yarandı. Arvadım mənə cavab qaytardığı üçün onun üzərinə gedərək saçlarını yoldum. Saçından tutaraq başını qapıya vurdum. Sonra atam ilə anam məni sakitləşdirdi”.
Tehran qeyd edib ki, Məleykə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verib. O, törətdiyi əməldən peşman olduğunu deyib.
Məleykə izahatında göstərib ki, hadisə günü, günorta saatlarında övladını məktəbdən evə gətirib: “Evə daxil olan zaman gördüm ki, Tehran sərxoş vəziyyətdə evdə yatıb. Sonra övladlarıma yemək verdim. Həmçinin Tehrana da yemək vermək üçün onu yuxudan qaldırdım. Ona dedim ki, dur, yemək ye. Bu zaman Tehran mənə qarşı nalayiq ifadə işlətdi, sözlü mübahisə etdi. Daha üzərimə gələrək saçlarımdan tutaraq yolmağa başladı. Saçımdan tutaraq başımı qapıya vurdu. Sonra məni itələdi. Pilləkənin yanına yıxıldım. Daha sonra ayağa qalxdım. Tehran yenə üzərimə gələrək saçlarından tutaraq yolmağa başladı. Kürəyimi divara vurdu. Sonra kürəyimə yumruqla zərbələr vurdu. Qayınanam və qayınatam Tehranı sakitləşdirdi”.
Tehranın barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə inzibati qaydada protokol yazılıb.
Qəbələ rayon Məhkəməsinin qərarı ilə Tehran 300 manat miqdarında cərimə olunub.
Fariz Məlikli
Demokrat.az