Paytaxtın tıxac olan yolları — Siyahı

İNFRASTRUKTUR 02 mar 2023, 09:34
Paytaxt Bakının bir sıra yollarında nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.

Demokrat.az
xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda yollardakı vəziyyət belədir:

1. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası  istiqamətində;

4. "20 Yanvar" dairəsində;

5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

6. Babək prospekti, mərkəz istiqamətində;

7. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

9. 8 Noyabr prospekti, “Nargilə”dairəsi  kəsişmədən mərkəz istiqamətində;

10. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;

11. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;

12. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

13. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur.









 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top