“Zəngəzur dəhlizinin açılması istiqamətində işlər davam etdirilir” — FOTO

İNFRASTRUKTUR 18 fev 2023, 13:07
“Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli İşçi Qrupu tərəfindən Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçməklə açılması istiqamətində işlər davam etdirilir”.

AZƏRTAC xəbər verir ki, bunu Zəngilan rayonunun Ağalı kəndinə mediatur zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, 2022-ci ilin avqust ayında Laçın şəhərinə daxil olmadan, yeni alternativ avtomobil yolunun tikintisi (32 km, 2-3 hərəkət zolaqlı, 10 kilometr hissə Ermənistan ərazisində özləri tərəfindən tikilməlidir) başa çatıb. Azərbaycan tərəfi yeni tikilmiş yoldan ermənilərin istifadə etmələri məqsədilə sərhəddə Həkəri çayı üzərində yeni tikilmiş körpüdən keçməklə Ermənistan ərazisində 5,4 kilometr uzunluğunda yeni avtomobil yolu da tikərək istifadəyə verib.   

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top