"Fransa Ermənistan vasitəsilə Cənubi Qafqazda mövqe qazanmağa çalışır"

REGİON 13 fev 2023, 22:52
"Avropa İttifaqının regiona göndərdiyi mülki müşahidə komissiyasının tərkibində 70 fransız jandarmanın daxil edilməsi, əlbəttə ki, xoş niyyətdən xəbər vermir". 

 Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. Politoloqun sözlərinə görə, Avropa İttifaqının verdiyi qərara əsasən, bu missiyanın tərkibində yalnız mülki şəxslər olmalı idi:

"Amma biz indi tamamilə fərqli mənzərənin şahidi oluruq. Məlum olur ki, bu missiyanın tərkibinə keçmiş hərbiçilər, polislər, kəşfiyyatçılar  və hazırda Fransa jandarmasının nümayəndələri də daxil ediliblər.  Bilirsiniz ki, Fransada jandarma Müdafiə Nazirliyinə tabelidir və hərbi qulluqçu statusuna malikdirlər. Bu baxımdan onların əsas məqsədi Ermənistanda kəşfiyyat aparmaq olacaq. Yəni, Azərbaycan ordusunun mövqelərini öyrənmək və bu istiqamətdə kəşfiyyat aparılacaq. Fransa hərbçilərinin Ermənistana göndərilməsi böyük geopolitik rəqabətin təzahürüdür. Ukrayna cəbhəsində Rusiya zəiflədikcə, təsir imkanları bölgələrə azaldıqca Cənubi Qafqazda da rəqabət güclənir. Bu rəqabətdə Fransa da yer almağa çalışır. Yəni, Fransa Ermənistan vasitəsilə Cənubi Qafqazda mövqe qazanmağa çalışır".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top