Xaricdən Azərbaycana gətirilən 22 ton xörək duzunda nöqsanlar aşkarlanıb

SOSİAL 13 fev 2023, 17:59
Xaricdən Azərbaycana gətirilən 22 ton xörək duzunda nöqsanlar aşkarlanıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Belə ki, “Inovax General Trading” MMC-nin Pakistandan idxal etdiyi “S S Brothers” şirkətinin istehsalı olan, ümumi çəkisi 22,29 ton xörək duzu məhsuluna (10.10.2022-31.12.2024 istehsal və son istifadə tarixli) agentliyin müfəttişlərinin keçirdiyi baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında yodun miqdarının normadan aşağı olduğu aşkarlanıb.

Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top