İspaniyalı xilasedicilər Türkiyədəki axtarış-xilasetmə işlərini tamamlayıb

GÜNDƏM 13 fev 2023, 15:45
Zəlzələlərdən sonra Türkiyəyə gedən beynəlxalq axtarış-xilasetmə qrupları işlərini bitirdikdən sonra ölkələrinə qayıtmağa başlayıb.

APA “Sputnik Türkiyə”yə istinadən xəbər verir ki, bu gün İspaniyanın Beynəlxalq Təbii Fəlakət Xilasetmə Qrupu (USAR) da Türkiyədən yola salınıb.

Sözügedən qrup İstanbul hava limanından qızılgüllərlə yola salınıb.

Xilasetmə qrupu sosial media hesablarında əvvəlcə “Əlvida, Türkiyə”, daha sonra isə "İspaniyaya uçmağa hazırıq. Ömürlük təsiri olacaq bir vəzifəni geridə qoyduq” mesajlarını veriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top