Türkiyədəki zəlzələdən zərərçəkənlərə Meliorasiya və Su Təsərrüfatı ASC-dən DƏSTƏK

SOSİAL 11 fev 2023, 17:15
Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaşanan faciə, minlərlə insanın həyatını itirməsi və yaralanması Azərbaycan xalqı tərəfindən dərin üzüntü ilə qarşılanıb.

Demokrat.az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.

Təbii fəlakətin baş verməsinin ardından Azərbaycan hər zaman olduğu kimi, ölkələrimiz və xalqlarımız arasında tarixi köklərə söykənən həmrəyliyin sarsılmazlığını bir daha nümayiş etdirib, dərhal qardaş ölkəyə öz dəstəyini göstərib.

Acı faciənin fəsadlarının aradan qaldırılması üçün Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişləri ilə təxirəsalınmaz tədbirlər həyata keçirilməkdə və qardaş Türkiyə xalqına humanitar yardım tədbirləri davam etdirilməkdədir.

Zəlzələ nəticəsində xəsarət alanlara dəstək olaraq, Azərərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin aparatının işçiləri də 100.000 AZN ianə edib.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin kollektivi adından həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və yaralananlara şəfa diləyirik.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top