XİN: Zəlzələ bölgəsinin bərpasında Azərbaycan Türkiyənin yanında olacaq

SİYASƏT 11 fev 2023, 16:29

“Bütün Azərbaycan xalqı və dövləti Türkiyəyə yardım etmək istəyir”.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, minlərlə könüllü Türkiyəyə gəlib yardım etmək istəyir: “Bu çox çətin prosedurdur və bunu sistemli şəkildə etmək lazımdır. Bu gündən başlayaraq, azərbaycanlı könüllülər də hissə-hissə bu bölgəyə gəlməyə başlayacaq”.

Ceyhun Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, zəlzələ bölgəsinin bərpasında Azərbaycan Türkiyənin yanında olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top