"İran terrorçunu dəlixanaya salmaqla istintaqı gizlətmək istəyir" — Deputat

GÜNDƏM 10 fev 2023, 20:50
"İran Azərbaycan səfirliyinə hücumu ilə gülməli  versiyaları kənara qoymalıdır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisinin üzvü Rasim Musabəyov deyib. Deputat qeyd edib ki,  hadisəni onların təqdim etdiyi şəkildə heç kəs onlarla danışası və üzrxahlığını qəbul edəsi deyil:

"Terrorçunu dəlixanaya salmaqla istintaqı gizlətmək istəyirlər. Buyursunlar, belə olan halda, İranla indiki vəziyyətdə əlaqələri minimuma endirməklə, Azərbaycanın bir dövlət kimi itirəsi bir şeyi yoxdur. 

Ancaq dünyada təklənən, sanksiya altında gəzən İranın müəyyən mənada Azərbaycanla yaxşı münasibət saxlamağa marağı  daha çox idi. Bu davranışı cavabı da sərt olacaq. İslam Konfransı Təşkilatında, türk birliyini təşkil edən hər bir meydanda İranın qonşuları ilə bu cür qeyri-sivil davranışı, müzakirə predmetinə çevriləcək. İran hökuməti bu davranışından nəticə çıxarmalıdır. Əks təqdirdə biz çətin ki, münasibətləri normallaşdıraq".

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top