“Vardanyanın getməsi sülh üçün irəliyə doğru atılmış addımdır” — ŞƏRH

REGİON 09 fev 2023, 23:07
"Ruben Vardanyanın Qarabağdan getməsini irəliyə doğru atılmış addım kimi qiymətləndirirəm".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev deyib. Siyasi şərhçi qeyd edib ki, Vardanyanın Qarabağa gəlməsinin bir çox səbəbləri olub:

"Paşinyan hökuməti belə bir açıqlama verirdi ki, Qarabağdakı müəyyən adamların verdiyi siyasi açıqlamalar sülh prosesinə zərər verir. Bu mənada Vardanyanın getməsi onlara da çox böyük dəstəkdir. Əslində, Ruben Vardanyanın getməsiylə Cənubi Qafqazda sülhün əldə olunması baxımından irəliyə doğru addım atılmış oldu. Çünki Vardanyanın Qarabağa gəlməsinin əsas səbəbi Qarabağdakı ermənilərlə azərbaycanlılar arasında danışıqları pozmaq, yəni onların Azərbaycana inteqrasiyasına mane olmaq, o cümlədən Azərbaycanla Ermənistan arasındakı danışıqların ən ciddi maddəsinin həyata keçməsinə əngəl törətmək idi.  

Bununla da, regionda böyük bir sülhün əldə olunmasına maneə yaradılırdı. Vardanyanın getməsinə daha geniş aspektdə baxanda, sülh sazişi istiqamətində bu irəliyə doğru atılmış addımdır. Onun oyundan kənarlaşdırılması, eləcə də onu dəstəkləyənlərin oyundan kənar vəziyyətdə qalması deməkdir. Yəni, İranın, Fransanın və erməni diasporunun kənarlaşdırılması deməkdir. Regionda sülhdən yana olanların isə üstünlük əldə etməsi deməkdir".

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top