Tanınmış vəkil Elçin Qəmbərovun istintaqı başa çatdı

KRİMİNAL 08 fev 2023, 17:40
Tanınmış vəkil Elçin Qəmbərovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Demokrat.az
xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Səbinə Məmmədzadənin icraatına verilib. 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələki müəyyən edilməyib. 

Elçin Qəmbərov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. O, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili idi, “Mərkəz” Vəkil Bürosunun rəhbəri olub. 

Elçin Qəmbərovun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham verilib. 

Onun cinayət işi üzrə zərərçəkmiş qismində Elgün Mövlam oğlu Şıxəliyev tanınıb. O, ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyevin oğludur. 

Mövlam Şıxəliyev Bakı Hərbi Məhkəməsinin hökmü ilə məhkum olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top