Bakıda Türkiyə üçün yardım edənlərin izdihamı — FOTOLAR

GÜNDƏM 08 fev 2023, 14:20
Hazırda Bakıda Heydər Əliyev adına İdman Konsert Kompleksində Türkiyədə baş verən güclü zəlzələdən zərərçəkənlərə yardım toplanması üçün böyük izdiham yaşanır.

Demokrat.az
-ın hadisə yerində olan jurnalisti xəbər verir ki, minlərlə insan yardım üçün Heydər Əliyev adına İdman Konsert Kompleksinə gəlir.

Türkiyədə baş verən güclü zəlzələdən zərərçəkənlərə yardım toplanması üçün Bakıda bir neçə ünvan ayrılıb.

Yardımlar paytaxtın Ziya Bünyadov prospekti, Xarici dairəvi küçəsi, 2008-ci məhəllədə (73 saylı tam orta məktəbin yanı) yerləşən “Azərsun Holdinq”in Satınalmalar Mərkəzi, Səməd Vurğun küçəsində Göy məscidin yaxınlığında, Salyan Şosesi, 22 (Binə bazarının 14-cü sıra ilə üzbəüz yerləşən Aqro terminalda) və Ağ şəhər, Yaşıl Ada, nömrə 2 ünvanlarında toplanır.

Vətəndaşlar yardımları çatdırmaq üçün müvafiq olaraq aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Görkem Yelgin - 050 285 01 01

Muhemmed Emin Kalan - 050 736 71 00

Ferhat Çeğil - 055 604 36 96

Ramil Hümbətov - 050 567 75 77

Xatırladaq ki, Bakıda İdman (keçmiş Əl Oyunları) Sarayında da yardımlar toplanır.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Faciə nəticəsində 6 234 nəfər həlak olub.

Ərazidən çəkdiyimiz fotoları təqdim edirik:


Həsən
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top