İctimai təşkilat Türkiyəyə yardımda nümunə göstərir — FOTOLAR

GÜNDƏM 08 fev 2023, 14:03
İki gün əvvəl qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra bütün dünyadan zəlzələ bölgəsinə texniki, humanitar yardımlar göndərilməkdə davam edir. 

Ölkəmiz ilk ölkələrdən oldu ki, dağıntı bölgəsinə xilasedicilər, səhra xəstəxanası ilə yanaşı,  fəlakətdən zərər görmüş insanlar üçün dərhal humanitar yardım da göndərdi. 

Azərbaycan hökumətinin atmış olduğu bu addımlarla yanaşı, sadə insanlar, vətəndaş cəmiyyəti nümayəndələri də öz növbəsində hərəkətə keçərək, öz qardaş dəstəyini əsirgəmədi. 

Zəlzələ bölgəsinə isti geyimlərdən tutmuş, qida, yataq dəstlərinə, çadırlara qədər hər kəs imkanı çatan qədər öz qardaşlarına yardıma tələsirlər.

Yardıma gələn ictimai təşkilatlar arasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin yardım bağlamaları diqqətimizi  cəlb etdi.

Demokrat.az-ın məlumatına görə, əsasən uşaqlar, qadınlar və qocalar üçün nəzərdə tutulmuş bağlamalarda yeni isti geyimlər, ayaqqabılar və qış paltarları göndərilir. Bu yardım, ilkin olaraq mərkəzin sədri İlham İsmayılovun təşəbbüsü ilə göndərilir. Eyni zamanda, zəlzələdən zərərçəkən ailələrə maddi yardım da göstərilib. Gələcəkdə zərurət yaranacağı təqdirdə, yenidən bu cür aksiyalarda təşkilat öz dəstəklərini göstərəcək.

Qeyd edək ki, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq mərkəzi daha əvvəllər də bu cür aksiyalarda mütəmadi iştirak edib. Pandemiya dövründə onlarla ailəyə təşkilat tərəfindən yardımlar olunub.


Həsən
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top