Əməkdar məşqçi vəfat etdi — FOTO

İDMAN 07 fev 2023, 14:26
Sambo güləşi üzrə idman ustası, əməkdar məşqçi və beynəlxalq dərəcəli hakim Fərhad Ocaqverdiyev dünyasını dəyişib.

Demokrat.az
xəbər verir ki, bununla bağlı mərhuma Azərbaycan Sambo Federasiyasının rəhbərliyi və kollektivi adından başsağlığı verilib:

"Federasiyanın kollektivi adından mərhumun ailəsinə dərin hüznlə baş sağlığı verir və Allahdan səbr diləyirik" - deyə başsağlığında bildirilir.


Qeyd ki, F.Ocaqverdiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb.


Aysun
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top