Türkiyədə yarış ləğv olundu — İdmançılarımız Bakıya qayıdır

İDMAN 07 fev 2023, 12:13
Türkiyənin İstanbul şəhərində olan Azərbaycan millisinin taekvondoçuları yaxın zamanda Bakıya qayıdacaqlar.

Bu barədə Demokrat.az-a Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, idmançılar açıq Türkiyə çempionatı ləğv edildiyi üçün geri dönəcəklər.

Qeyd edək ki, Azərbaycan yığması fevralın 4-də start götürən Prezident Kubokunda mübarizə aparıb, 58 kq çəki dərəcəsindəki Qaşım Maqomedov qızıl medal qazanıb.

Güclü zəlzələ səbəbindən yarış yarımçıq dayandırılıb. Komanda 10-14 fevralda açıq ölkə çempionatında çıxış etməli idi.

Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar bütün daxili idman tədbirləri təxirə salınıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top