Türkiyədə dağıntılar altında qalan qapıçının meyiti tapıldı

İDMAN 06 fev 2023, 16:32
Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalan “Yeni Malatyaspor”un qapıçısı Əhməd Eyüp Türkaslan həlak olub.

Bu barədə yerli idman jurnalisti Göktuğhan Argın özünün “Twitter” hesabından xəbər verib.

“Malatyaspor”un yeni qapıçısı Eyüp Türkaslanın cansız cəsədi dağıntılar altında tapılıb. Ailəsinə və klubuna başsağlığı veririk”, - deyə o, paylaşımında bildirib.

“Hatayspor”un dağıntılar altında qalan idmançılarından ikisi xilas edilib, dördünün isə axtarışları davam edir.

Bu barədə “Hatayspor” klubunun baş məşqçisi, Türkiyə milli komandasının keçmiş qolkiperi Volkan Demirel xəbər verib.

Onun sözlərinə görə, futbolçulardan Burak Öksüz dağıntılar altından çıxarılıb, Bertuğ Yıldırımın və Kerim Alıcının da vəziyyətləri yaxşıdır.

Futbolçulardan Kristian Atsu, Onur Ergün, idman direktoru Taner Savut və tərcüməçi Emrenin axtarışları davam edir.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top