Bakıda toydan çıxan qonşular arasında dava — TƏFƏRRÜAT

KRİMİNAL 06 fev 2023, 15:39
Bakının Qaradağ rayonunda 1992-ci il təvəllüdlü Aslan mübahisə zəmininda taranan münaqişə zamanı qonşusu Elmana (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 16-da, gecə saat 01.00-da rayonun Ümid qəsəbəsində yerləşən "Qədim Şamaxı" kafesində baş verib. 

Aslan kafedə olarkən sərxoş vəziyyətdə Elmanla heç bir səbəb olmadan mübahisə edib. 

Daha sonra birlikdə evlərinə gedərkən həmin gün saat 02.00-da Ümid qəsəbəsində "Yurd evləri" deyilən ərazidə yenidən mübahisəni davam etdiriblər. 
Bu zaman Aslan yerdən götürdüyü dəmir parçası ilə Elmanın baş və qulaq nahiyəsinə bir neçə dəfə vurub. 

İstintaq orqanı tərəfindən Aslanın barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aslan ona verilən ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, iyulun 15-də qonşularının toy məclisi ilə əlaqədar Elmanla birlikdə Sahil qəsəbəsində yerləşən “Xəzri” şadlıq evində yeyib-içiblər: “Toydan sonra bir yerdə çıxaraq yaşadığımız Ümid qəsəbəsində yerləşən "Qədim Şamaxı" kafesində oturduq və pivə içməyə başladıq. Həmin vaxt xalam oğlu Faiq və onun atası Əli də bizimlə olublar. Kafedə bizimlə bərabər oturmuş digər şəxslərlə tanışlığımız olmayıb”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, pivə içən zaman Elmanla onun arasında xatırlamadığı səbəbə görə sözlü mübahisə yaranıb: “Ətrafda olan şəxslər bizi sakitləşdirməyə çalışdılar. Daha sonra oturduğumuz kafedən çıxaraq evimizə tərəf getdik. Elmanın yaşadığı binanın qarşısına çatdıqda yenidən aramızda sözlü mübahisə yarandı və Elmanla əlbəyaxa olduq. Spirtli içkinin təsirində olduğum üçün yerdən götürdüyüm dəmir parçası ilə onun baş nahiyəsinə vurdum. Lakin həm qaranlıq olduğundan, həm də həddindən çox sərxoş vəziyyətdə olduğumdan Elmana hansı xəsarət yetirdiyimi dəqiq xatırlamıram”.

Bu cinayət işinə Qaradağ rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Aslan 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Fariz Məlikli
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top