Baş nazir: Yunanıstan Türkiyə və Suriyaya yardım etməyə hazırdır

DÜNYA 06 fev 2023, 12:06
Yunanıstan hökuməti Türkiyədə və Suriyada baş vermiş zəlzələ ilə əlaqədar kömək etməyə hazırdır.

Demokrat.az
xəbər verir ki, bunu Yunanıstan Baş naziri Kiriakos Mitsotakis “Twitter“də yazıb.

“Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələdən dərin kədər hissi keçiririk. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk və diqqətimiz zərər çəkmiş bütün insanların yanındadır. Yunanıstan öz resurslarını səfərbər edir və dərhal kömək edəcək”, - Mitsotakis qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top