İngiltərəli səyyah: “Şuşa Turizm üçün möhtəşəm yerdir”

QARABAĞ 04 fev 2023, 22:49
“Bura çox möhtəşəmdir”.

APA xəbər verir ki, bunu azad edilmiş ərazilərə səfər edən ingiltərəli səyyah Stuart Pinçin Cıdır düzünə səfərində deyib.

O qeyd edib ki, Azərbaycan təbiəti haqqında da çox oxuyub.

“Gözlədiyim gözəlliyi görə bildim. Ölkənin çox tarixi keçmişi var. Burada hər yerdə mədəni abidələrlə rastlaşmaq olar. Bunu görmək istəyən hər bir şəxs Azərbaycana gəlib görə bilərlər", - deyə səyyah vurğulayıb.

Xarici səyyah turizm üçün hava şəraitinin də vacib olduğunu qeyd edərək bildirib ki, Şuşada bu gözəlliyi də yaşamaq mümkündür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top