"Psixoloq olmaq üçün psixologiya üzrə bakalavr təhsili almaq lazımdır" — Aynur İsgəndərova

SOSİAL 03 fev 2023, 23:44
Son dövrlərdə bəzi şəxslərin psixoloq adından istifadə edərək, peşə etikasını pozması, sosial mediada azyaşlı uşaqların foto və videolarını onlara “dəstək” adı altında paylaşması, insanlar arasında birmənalı qarşılanmır.

Psixoloq Aynur İsgəndərova Demokrat.az-a açıqlamasında bu məsələlər ətrafında fikirlərini bölüşüb. Onun fikrincə, bu cür məsələlərin birbaşa qanunsuz olduğunu dilə gətirib:

 “Çünki “Psixoloji yardım haqqında” qanunun 10-cu bəndinin 10.1 bəndində yazılıb ki, “şəxsin psixoloji vəziyyəti, psixoloji yardım almaq üçün müraciəti, təyin olunmuş psixoloji testlərin nəticələri və ona göstərilən psixoloji yardım haqqında məlumatlar konfidensial hesab edilir”.

Psixoloq, həmçinin qanunun 10.5 bəndinin tələbini də xatırladıb: 

“Psixoloji yardım göstərən şəxslər konfidensial məlumatların yayılmasına görə qanunla nəzərdə tutulmuş formada məsuliyyət daşıyırlar. Əgər psixoloq psixoloji xidmətdən istifadə edən vətəndaşın razılığı olmadan onun haqqında olan məlumatı yayarsa, psixoloq vətəndaşın şikayəti ilə məsuliyyətə cəlb oluna bilər”.

 “Əlbəttə, aralarında çox yaxşı, işini bilən mütəxəssislər də var. Təəssüf ki, bəziləri də sosial şəbəkələrdə profil adının qarşısına “psixoloq” sözünü əlavə etməklə özünü insanlara bu cür təqdim edir. Ümumiyyətlə, psixoloq olmaq üçün əvvəlcə, psixologiya ixtisası üzrə bakalavr təhsili almaq lazımdır. Sonra magistr təhsilini də alsa, çox yaxşı olar. Amma məsələ bununla bitmir”.

Müsahibimizin sözlərinə gör, müxtəllif psixodiaqnostika, korreksiya, konsultasiya metodikalarını, terapiya növlərini öyrənmək üçün beynəlxalq səviyyəli təlimlərdə iştirak etmək məqsədəuyğundur: 

““Peşəkar psixoloq” adını qazanmaq üçün illər lazımdır. İndi məni və həmkarlarımı narahat edən bir neçə psixoloji kursdan keçib özünü psixoloq adlandıranlardı. Hazırda psixoloji xidmətə etimad edən, ondan yararlanmaq istəyən insanların sayı əvvəlki illərə nisbətən daha çoxdur. Belə vəziyyətdə “yalançı psixoloq”ların artması digər peşəkarların işgüzar nüfuzuna mənfi təsir edir.

Aysun
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top