Ərəblərin məşhur lotereyasının qalibi məlum oldu — 1 milyon dolları kim qazandı?

DÜNYA 03 fev 2023, 23:08
Tacikistan vətəndaşı ərəblərin məşhur lotereyası olan “Duty Free Millennium Millionaire”in qalibi olub və 1 milyon dollar qazanıb.

Bu  barədə “EADaily Dubay” hava limanının mətbuat xidməti məlumat yayıb.

Əbdüvəli Əhmədəli adlı şəxs hələ ki uduşdan xəbərsizdir. Təşkilatçılar mükafatı təhvil vermək üçün onu axtarırlar.

“Əhmədəli Dubay Beynəlxalq Hava Limanının 2-ci terminalında oynanılan məşhur ərəb lotereyasının 413-cü tirajını qazanıb. Qalib 16 yanvar tarixində 4226 nömrəli uduşlu bileti onlayn alıb”, – məlumatda deyilir.

Başqa ölkələrdən də qaliblər var. Məsələn, Şri-Lanka vətəndaşı Yasas Nalin Patirana “BMW R nineT Pure” motosikleti, 48 yaşlı hindistanlı Amite Sarafe isə “Mercedes Benz S500” qazanıb.

Qeyd edək ki, 2021-ci ildə lotereyanın qalibi olan hindistanlı da 1 milyon dollar qazanmışdı.

“Duty Free Millenium Millionaire” lotereyası 1999-cu ildən oynanılır. ƏşƏhmədəlinin qələbəsinə qədər 49 ölkənin nümayəndəsi əsas mükafata sahib olub.(azpost.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top