“Milan”dan İbrahimoviçlə bağlı gözlənilməz qərar

İDMAN 03 fev 2023, 12:35
“Milan” futbol klubu 2022/23-cü il mövsümünə UEFA Çempionlar Liqasının pley-off mərhələsi üçün heyətini açıqlayıb.

Hücumçu Zlatan İbrahimoviç iştirak siyahısına daxil edilməyib.

Səbəb barədə məlumat verilmir, lakin bu, həm zədə, həm də karyerasını bitirmək planları ilə bağlı ola bilər.

Həmçinin Çempionlar Liqası üçün elan edilmiş oyunçular siyahısında qapıçı Mayk Meynyan və müdafiəçi Serginyo Destin adı yoxdur.

Qeyd edək ki, “Milan” Çempionlar Liqasının pley-off mərhələsində “Tottenhem”lə qarşılaşacaq. Oyunlar fevralın 14-də və martın 8-də keçiriləcək.//oxu.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top