Prezident: Azərbaycan gənci 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazmışdır

GÜNDƏM 02 fev 2023, 15:38

Azərbaycanda həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına hərtərəfli imkan yaratmaqla yanaşı, eyni zamanda onda dərin vətənpərvərlik ruhu formalaşdırmışdır.

Demokrat.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrikində deyilir.

“Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş və 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazmışdır”, - dövlət başçısı vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top