İngiltərə Kuboku: “Mançester Yunayted” finala yüksəldi

İDMAN 02 fev 2023, 08:35
İngiltərə Kubokunun yarımfinal mərhələsinin “Mançester Yunayted” – “Nottingem Forest” oyunu başa çatıb.

Demokrat.az xəbər verir ki, Mançesterdəki “Old Trafford” stadionunda keçirilən görüş “Mançester Yunayted”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Antoni Marsyal və Fred vurub. Hücumçu Markus Reşford məhsuldar ötürmə edib.

Beləliklə, “Mançester Yunayted” yarımfinalda “Sautqempton”a qalib gələn “Nyukasl”la qarşılaşacağı turnirin finalına çıxıb. Görüş fevralın 26-da İngiltərədə əsas futbol matçlarının keçirildiyi Londondakı “Uembli” stadionunda baş tutacaq.//report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top