Aİ Ukrayna hərbçiləri üçün təlim missiyasının miqyasını artırır

GÜNDƏM 01 fev 2023, 22:57
Avropa İttifaqı Ukrayna hərbçiləri üçün təlim missiyasının miqyasını artıra bilər.

Demokrat.az xarici mətbuata istinadən bildirir ki, Avropa İttifaqına üzv dövlətlər daha 15 min müdafiəçiyə təlim-məşq keçməyi planlaşdırırlar.

 Brüsseldə Avropa Birliyinin bir neçə rəsmisi bildirib ki, Avropa Birliyinin yeni məqsədi 30 min Ukrayna hərbiçisinə təlim keçməkdir. 

Noyabr ayında üzv ölkələrin xarici işlər nazirləri Aİ-nin təlim missiyasının işə salınması barədə qərar qəbul edib. Sonra təxminən 15 minədək Ukrayna hərbiçilərinin Almaniya, Polşa və Avropa Birliyinin digər ölkələrində təlim alması haqda göstəriş verilib. Avropa Birliyi Ukrayna qoşunlarına özlərini əvvəlkindən də yaxşı müdafiə etməyə, rusiyalı işğalçılarla mübarizədə daha da güclü olmaqda kömək üçün çalışır.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top