"İran heç zaman tək olan Allaha inanmayıb" — SENSASSİON AÇIQLAMA

GÜNDƏM 01 fev 2023, 22:44
"İranın əsl gizli məqsədi İslama nifrət yaradaraq, Əhli Beyti, Quranı, İmamları mənfur əməllərinə qalxan-alət etməklə hörmətdən salıb, ata-baba dinləri olan atəşpərəstliyə qayıdıb Sasani imperiyasını bərpa etməkdir.İran ayətullahlarının böyük əksəriyyəti daxilən Məcusi dinindədir. Hər namazda Ahuraməzda və Əhrimənə həmd edirlər. İranın rəsmi təqvimi atəşpərəst təqvimidir və ayların adları Avestadakı tanrıların adlarıdır: Ordibehişt, Bəhmən, Fərvərdin, Xordad və sair".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan deyib. O qeyd edib ki, İranın bayrağı da Sasani imperiyasını təmsil edir:

"İran rejimi üzdə özünü sünni düşməni kimi təqdim edib xristian aləminin dəstəyini almağa çalışsa da, əslində dəstək aldığı mənbələrin dəstəyini İslama qarşı olan düşmənçilik zəminində qazanıb. İrandakı siyasi ayətullah və müctəhidlərin heç biri müsəlman deyil. Buna dair minlərlə danılmaz faktlar var. Gizli, məxfi, təqiyyə çərçivəsində ölkəmizdə yüzlərlə axund, molla və digər şəbəkələr yaradıblar. Eynən Ələmut qalasında həşşaşilərin apardığı terror siyasətini özlərinə nizamnamə seçən İran Sasani rejimi əsl həqiqətdə bütün bəşəriyyətin düşmənidir".

"İran müctəhidləri heç zaman tək olan Allaha inanmayıblar. Hər zaman ən azı iki tanrıya inanıblar. Ən çoxu da 12 və ya 14 və daha çox tanrıya etiqad ediblər. Bunun ilk və nəzərəçarpan sübutu odur ki, Qarabağ da daxil olmaqla müsəlman torpaqlarında baş verən qırğınlara, İslamın təhqir olunmasına heç zaman etiraz etməyiblər, əksinə İslam düşmənlərinə yardım ediblər. Biz bunu İranla Ermənistanın timsalında görürük. İran müctəhidlər, yəni ruhani sekta tərəfindən idarə olunur. Kəşmir məsələsində Hindistanın, Suriya məsələsində Rusiyanın, Əfqanıstan məsələsində ABŞ-ın, Uyğur türklərinin soyqırımı məsələsində Çinin, Qarabağ məsələsində Ermənistanın tərəfində duran dini rejim mürtəd və kafir elan olunmalıdır". 

Müsahibimiz daha sonra bunları əlavə edib:

"Ölkəmizdəki İran agentləri və təqlid etdikləri ayətullatlar heç zaman "Quran" ayələrindən bəhs edərkən "Allah Quranda belə buyurur" deməzlər. Hər zaman "Quran buyurur" deyirlər. Çünki İran və İraq ayətullatları, Rafizi böyükləri əsla Quranın Allahdan nazil olduğuna iman etməzlər. Quranın uydurma olduğuna inanırlar və bu kitabı Allaha istinad etmirlər. Çünki İran Sasani dininə görə, Allahın adına yalan danışmaq hətta orucu batil edir. Odur ki, onlara görə Allahdan olmayan "Quran' Allahın adına istinad etmək yalan hesab olunur və ibadəti batil edir. Ölkəmizdə ən üzdə olan, ən baş tribunalarda çıxış edən ilahiyyatçı adı ilə cəmiyyətə sırınan bir çoxları İranın uzun müddət apardığı təbliğat nəticəsində yetişdirilmiş canlı minalardır. Çox ciddi, həddən artıq ciddi təhlükəsizlik tədbirləri görülməlidir. İrana Məşhəd adı ilə gedən əksər adamları İranın təsiri altına salıb. Ən azı öz müctəhidlərinin əsirinə çevirib. Hər kəs İran əlaltılarına, Ələmut terrorçularına qarşı ayıq olmalıdır. Çünki özlərini, siyasi baxışlarını gizlədirlər. Onlara İran tərəfindən büqələmun olmaq tapşırılıb. Yəni, istənilən cildə girirlər ki, nəzərə çarpmasınlar".

Nəzrin Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top