“İnterAz” və “SalamNews”un sahibi — Hacı Mətləbin FOTOSU

GÜNDƏM 31 yan 2023, 17:14
Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi bu gün Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib. Əməliyyat keçirilən məkanlar arasında SalamNews informasiya agentliyi və “İnteraz” TV-nin Bakı ofisi də var. 

Əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A. T. Kərimov, E. A. Rəhimov, İ. Ə. Ələkbərov, M. N. Cəfərov, H. H. Cabbarlı, F. S. Əbdülov və A. Ə. Cümşüdov şübhəli şəxs qismində tutulublar. 

2002-ci ildə yaradılan və 2007-ci ildə Rusiya Federal Vergi Xidmətinin Rayonlararası müfəttişliyində qeydiyyata alınan  “İnterAz” telekanalına “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırov rəhbərlik edir.  

Mətləb Bağırov əslən Cəlilabad rayonundandır. Onun İranın Qum şəhərində və Suriyada dini təhsil aldığına dair məlumatlar var. 

Mətləb Bağırov həm də “SalamNews” İnformasiya Agentliyinin təsisçisidir. 

Modern.az-ın məlumatına görə, sosial şəbəkələrdə Mətləb Bağırovun dini çıxışlarından ibarət videoroliklər yerləşdirilib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top