İlham Namiq Kamal Vasif Tağıyevin qəhrəmanlığından danışdı: “Bəhram Gurun heykəlinin yerinə onun heykəlini qoyardım”

GÜNDƏM 30 yan 2023, 18:54
Tehrandakı Azərbaycan səfirlinə hücum ağlagəlməz hadisədir. Necə ola bilər ki, İslam dininə qulluq edən belə bir dövlət bu cür alçaqlıq etsin? İranda olmuşam. Səfirliyimizin binasına giriş adi bir qapıdan ibarətdir. Küçədən keçən də qapını açıb içəri girə bilir. Bakıda yerləşən xarici ölkə səfirliklərinin binasını nümunə gətirək. Hər bir dövlətin səfirliyini necə qoruyuruq. ABŞ-ın səfirliyini misal gətirək, ətrafını, necə mühafizə olduğunu görmüsünüz? İran dövləti də səfirliyimizin təhlükəsizliyini təmin etməli idi. Terror hadisəsi Azərbaycanın suverenliyinə qarşı yönəldilmiş, Azərbaycan suverenliyini pozmaq kimi bir hadisəsidir. Şəhidimizə qəni-qəni rəhmət diləyirəm. Qəhrəman, şir cüssəli oğlumuz Vasif Tağıyevə şəfa diləyirəm. Əliyalın əlində avtomat olan terrorçunun qabağına gedəsən, onu tərksilah edəsən... Orada səfirliyimizin nümayəndələrinin ailələri, uşaqları yaşayır. Allaha and olsun, Bakıda Bəhram Gurun heykəlinin yerində o qəhrəman oğlanın heykəlini qoyardım. Məhz bu cür oğulların sayəsində 44 günlük müharibədə qalib gəldik. Belə gənclərin, belə qəhrəmanların sayəsində…”
 
Bu sözləri Pravda.az-a mühasibəsində Xalq artisti, tanınmış aktyor İlham Namiq Kamal deyib.
 
Xalq artisti bildirib ki, bir incəsənət xadimi kimi sülhün tərəfdarıdır: “Bizim dövlətimiz bütün dövlətlərə xoş münasibət göstərir, sülhün tərəfdarıdır. Amma bizim kimi sülhpərvər insanlara terror yaşadırlar. Terror hadisəsini pisləyirəm”.
 
O, Cənubi azərbaycanlıların ayağa qalxması ilə bağlı çağırışlara da qoşulub: “Məncə, bu, çoxdan olmalı idi. Şimal-Cənub məsələsi uzun illərdir, bizim tamaşalarımızda da canlandırılır. 40-50 ildir ki, bu məsələ barədə fikirlər səsləndirilir. O insanların özündən də çox şey asılıdır. Allah canlarını sağ eləsin. Universitetdə İrandan gələn nə qədər Cənubi azərbaycanlılarımız var. Deyirlər ki, İlham müəllim, hər bir şəraitimiz var, amma öz məktəbimiz yoxdur. Ali təhsilli olmaq üçün onlara İranda heç bir şərait yaratmırlar. Ar olsun! Ar olsun ki, İrana xoş münasibətimiz olduğu halda onlar bizə qarşı düşmən kimi terror törədirlər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top