Laçın-Xankəndi yolundakı aksiyanın 50-ci günü — FOTO

QARABAĞ 30 yan 2023, 08:47
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

APA- nın Şuşa şəhəri.ezam olunan müxbiri xəbər verir ki, aksiya gecə boyu səhərə qədər davam edib.
Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.

Ekofəallar aksiyanın 50-ci günündə də etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.

Şuşada havanın tempraturu hazırda -3 dərəcədir

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top