Sosial mediada ən çox izlənilən dünya liderləri

SOSİAL MEDİA 29 yan 2023, 12:15
İtaliyanın “Italia digitale” fondunun rəqəmsal rəsədxanası dünyanın aparıcı ölkələrinin liderləri ilə bağlı maraqlı araşdırma aparıb.

Demokrat.az
xarici mediaya istinadən xəbər verir ki, 24 lider arasında aparılan araşdırmada onların son 3 ayda sosial media fəaliyyətinə görə sıralaması hazırlanıb.

Araşdırmada izləyicilərin sayı, hər yazıya bildirilən rəy və son 3 ayda qarşılıqlı əlaqə əsas götürülüb.

Belə ki, sosial mediada ən çox izlənilən lider 66 milyondan çox izləyicisi olan ABŞ Prezidenti Co Bayden olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 40 milyondan çox izləyici ilə ikinci yerdə qərarlaşıb. Ukrayna Prezidenti Volodimir Zelenski 27 milyonla üçüncü olub.

Braziliya Prezidenti Lula da Silva isə sosial mediada ən fəal lider kimi qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top