Daha 33 nəfər virusa yoluxub, 1 nəfər vəfat edib

SOSİAL 28 yan 2023, 16:50
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 33 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb.

Demokrat.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.


Azərbaycanda indiyədək ümumilikdə 827 880 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 562 nəfər müalicə olunaraq sağalıb, 10 081 nəfər vəfat edib, aktiv xəstə sayı 237 nəfərdir.

Ölkədə son sutka ərzində 1 917, hazırkı dövrədək isə 7 483 242 test aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top