Səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərov tanınmış həkimin oğludur

GÜNDƏM 27 yan 2023, 14:32
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı həlak olan mühafizə xidmətinin rəisi Orxan Əsgərov Gəncədə tanınmış həkimin oğludur.

"Report"un Qərb bürosunun məlumatına görə, onun atası Rizvan Əsgərov Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan 1 saylı Z.Məmmədov adına xəstəxananın Pediatriya şöbəsinin müdiri vəzifəsində çalışır.

O.Əsgərov evli olub, 2 övladı var.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top