Milli Məclisdə “Heydər Əliyev dinləmələri” keçiriləcək

SİYASƏT 18 yan 2023, 12:19
Milli Məclisdə mərhum dövlət başçısı Heydər Əliyevə həsr olunacaq dinləmələrin keçirilməsi təklif edilib.

Demokrat.az
xəbər verir ki, bu təkliflə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında Jalə Əliyeva çıxış edib. O bildirib ki, Heydər Əliyevin qadınların cəmiyyətdə önəmli mövqe tutması istiqamətində gördüyü işlər hər kəsə məlumdur:

“Qadın siyasəti və qadınların cəmiyyətdə əhəmiyyətli mövqe tutmasında ulu öndərin çoxsaylı xidmətləri olub. Təklif edirəm ki, parlamentin yaz sessiyasında Heydər Əliyevə həsr olunan dinləmələr keçirilsin”.

Komitənin üzvləri təklifi dəstəkləyib.

Eyni zamanda komitənin üzvü Sədaqət Vəliyeva “Müqəddəs ailə” haqqında dinləmənin keçirilməsini təklif edib.

“Bu anlayış bizim üçün vacibdir, onu qorumalıyıq. Digər tərəfdən, bizim ailə məhkəmələrinə ehtiyacımız var. Bu gün məhkəmələrin ailənin niyə dağılması ilə maraqlanmağa vaxtı yoxdur. Bu mövzu üzərində işləməliyik”,- deyə deputat bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top